• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 14.11.2017 15:28

Gəncədə korrupsiya ilə bağlı müşavirə baş tutub

KepezTV Player

“Antikorrupsiya idarəetmə standartları, korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması". Gəncədə bu mözsusunda keçirilən zona seminar müşavirəsində Gənclər və İdman nazirliyinin və Baş Prokurorluq yanında Korrupsiya qarşı mübarizə baş idarəsinin məsul işçiləri “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasından söz açılıb. Məlumatlandırılanlar Gəncəbasar, Şirvan, Şəki-Zaqatala və Qarabağ zonasına daxil olan 33 şəhər və rayonun gənclər və idman idarələrinin rəhbər şəxsləri, ASAN xidmət və QHT-nın nümayəndələri olub. Dünya ölkələrində korrupsiyaya qarşı tətbiq olunan idarəetmə sistemləri, mövcud standartlar, həmçinin Azərbaycan hökümətinin antikorrupsiya siyasətinin əsas strateji xətti barədə məlumat verilib. Nazirlik tərəfindən hazırlanan “Korrupsiyaya qarşı mübarizəyə dair normativlər” kitabının təqdimatı keçirilib.