• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 14.11.2017 15:27

Goranboyun Sarov kəndinin qaz problemi həllini tapdı

KepezTV Player

Uzun illərdir mavi yanacaq sarıdan əziyyət çəkən Goranboyun Sarov kəndinin sakinlərinin hisli-paslı günlərinə son qoyulub. Bu gündən kəndə verilən mavi yanacaq odun tədarükü sarıdan problemlərin həllinə, soyuq qış aylarında istiliklə təminata səbəb olacaq.

Firdovsi Əliyev kənd sakini: Xeyir şərimiz olurdu imkanımız olmurdu ki, hardansa pul verək odun alaq. Məcbur olub həyət bacada meyvə ağaclarını kəsirdik. Elə olurdu ki, isti yemək belə tapa bilmirdik ona görə ki, qazımız yox idi.

Heç sovetlər dönəmində belə mavi yanacaq olmayan Sarovun qazlaşdırılması 193 abonenti olan kənddə bayrama səbəb olub. Sakinlər istilik əldə etmək üçün əlavə xərc və zəhmət çəkməyəcəklərinin sevincini yaşayır.

Məhsəti Əliyeva kənd sakini: Neşə ildir neçə vaxtdır biz zülüm şəkirik. Qapıdan, bacadan satın almaqla bir təhər evimizi odunlaisidirdik. İndi sağolsun hökümətimiz bizi nəzərə aldı qaz çəkdi. İstəyərdik ki, qazımız daimi, həmişəlik olsun.

Bu məqsədlə 4 km-dən artıq xətt çəkilib, mənzillərə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Nəticədə min nəfərə yaxın sakini olan yaşayış massivi də qazlaşdırılan kəndlərin sırasına daxil olub. Bununla rayon üzrə qazlaşdırma 94 %-ə, abonentlərin sayı isə 18 minə çatıb.