• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 14.11.2017 15:08

Göygöldə YAP-ın 25 illiyi qeyd edilib

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatı 121 ərazi ilk partiya təşkilatında 5200-ə yaxın üzvü özündə birləşdirir. Üzvlərin 1808 nəfəri gənclər, 2648-i isə qadınlardır. Partiyanın yaradılmasının 25 illiyinə həsr olunan konfransda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi təşkilatın Göygöldə 1993-cü ilin martında 110 nəfərlə fəaliyyətə başladığına diqqət çəkilib. Bu ilin 9 ayı ərzində 146 nəfər partiya sıralarına qəbul olunub. Çıxışlarda rayonda reallaşdırılan iri miqyaslı layihələr dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilib. Partiyanın fəal üzvlərinə fəxri fərmanlar, eləcə də yeni qəbul olunanlara üzvlük vəsiqələri, həmçinin idman yarışlarının qaliblərinə medallar təqdim olunub.

Natiq Hüseyn