• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 14.11.2017 15:08

“Şəmkir Aqropark” yerli bələdiyyələrlə qardaşlaşdı

KepezTV Player

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Şəmkirdə əhalinin məşğulluğunun təmin olunması, istehsalın artırılması və əldə olunan məhsulların yerli və xarici bazarlarla çatdırılması istiqamətində daha bir addım atılıb. Rayon bələdiyyələrinin nəznində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətlərlə Şəmkir Aqropark müştərək əməkdaşlığı fermerləri əlavə xərc və əziyyətdən xilas edəcək.

Hilal Məmmədov Abad Şəmkir MMC-nin direktoru: 4 xətt üzrə işləyirik. Bizim orada mürəbbə, cem, sonra meşə meyvələrindən hazırlanan kampotlar və digər konservləşdirilmiş məhsullar hazırlanır. Bilirsiniz ki meyvələrin yetişməsi mövsümi xarakter daşıdığından meyvələr soğulduqca qiymətlər bahalşır.

Mövsümi meyvələrin yığım vaxtı alınıb saxlanılması üçün yeganə problem  sözügedən rayonda bu günədək günün tələblərinə uyğun soyuducu kameraların yoxluğu idi. Ancaq bundan sonra Hilal Məmmmədov kimi Şəmkirdə yerli bələdiyyələrin təsis etdiyi Məhdud Məsuliyyətli Cəmiyyətlərin rəhbərləri  bu və ya digər problemlərlə qarşılaşmayacaq. Belə ki, cəmiyyətlər bundan sonra Şəmkir Aqroparkın tərkib hissəsi kimi fəaliyyət göstərəcək ki, nəticədə istehsal olunan kənd təsərrfatı təyinatlı məsulların çeşidlənməsi, saxlanılması və satışı həyata keçiriləcək. Bu fermerlərə əlavə dəstəklə yanaşı sahibkarların yüksək reproduksiyalı toxum və məhsuldar meyvə ağaclarının tingləri ilə təmin olunmasına şərait yaradacaq. Buna imkan verən niyyət pratakolları 45 bələdiyyənin nəznində yaradılan 42 MMC ilə bağlanıb.

Rövşən Quliyev Çeyrançöl MMC-nin direktoru:  Bu gün Aqroparkla imzaladığımız niyyət protokolu bizim işimizi daha da asanlaşdıracaq. Yəni biz məhsulllarımızın burada həm satışını həm də saxlanılmasını təmin edə biləcəyik. Bu bizi daha da ruhlandırır.

Hazırda aqroparkda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bitki karantini laboratoriyası fəaliyyət göstərir. Bir pəncərə prinsipinə əsasən Dövlət Gömrük Komitəsinin və digər qurumların faəliyyəti mövcuddur. Həmçinin yaxın vaxtlarda Şəmkir Aqroparkda plastik taraları hazırlayacaq zavod da istismara veriləcək. İmzalanan niyyət protokolları Şəmkir rayonunda kənd təsərrüfatının inkişafına təkan verəcək.

Natiq Hüseyn