Bu günə xəbərlərin oxunma sayı: 1484
— 14.11.2017 13:40

Şəkidə ev yandı

KepezTV Player

Şəkinin Məhəmməd Əmin Rəsulzadə prospektində yanğın baş verib. Hadisə 56 yaşlı Cabir Məmmədova məxsus 170 kv metr sahəsi olan 1 mərtəbəli 7 otaqlı evdə meydana gəlib. Otaqlardan birinin tavanı anidən yanmağa başlayıb. Əraziyə dərhal Şəki Yanğından Mühafizə hissəsinin iki maşını cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir otağın 2 kv metr tavan hissəsi yanıb.Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.