• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 14.11.2017 13:35

Dava edənlər bıçaqlandılar

KepezTV Player

Bakının Sabunçu rayonu ərazisində qanlı insident yaşanıb. 30 yaşlı Mahir İsmayılov və həmyaşıdı İlham Paşayev Balaxanı qəsəbəsində yerləşən kafedə tanıdıqları şəxslərlə əlbəyaxa dava ediblər.

Nəticədə İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq, Paşayevin isə boğaz, bədən və ayaq nahiyələrinə 6 bıçaq zərbəsi vurulub. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Mahir İsmayılovun vəziyyəti ağırdır.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Daha bir olay Xaçmaz rayonunun Sərkərli kəndində olub. 39 yaşlı Elvin Musayev tanışı ilə mübahisə edib və nəticədə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.