Futbol üzrə dünya çempionatı 2018-in pley-off mərhələsinin cavab oyunları davam edir. Keçirilən daha bir görüşdə mundiala yollanan növbəti milli bəlli olub. Bu qarşılaşmada İtaliya evdə İsveçi qəbul edib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan İsveç millisi mundiala vəsiqə qazanıb. Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra dünya çempionatına yollana bilməyiblər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yenidən azarkeşlərini üzüb.
DÇ-2018, pley-off oyunları
Avropa zonası
Cavab qarşılaşmaları
13 noyabr
İtaliya – İsveç - 0:0
İlk oyun: 0:1
Orxan Cəfərzadə
- Baxış: 460