Günün yeganə pley-off cavab qarşılaşmasında İrlandiya evdə Danimarkanı qəbul edəcək. Bu komandalar arasında ilk görüşdə 0:0 hesablı heç-heçə qeydə alındığından tərəflərin mərhələ adlamaq şansı bərabər qiymətləndirilir. Ancaq irlandlar doğma meydan və publika amilindən maksimum istifadə edərək sərfəli nəticəylə mundiala vəsiqə əldə etmək niyyətindədi. Amma vikinklər də Rusiyaya getmək üçün var gücünü ortaya qoyacaq. Səfərdə danimarkalıların 1 top vurması qonaqların mərhələ şansını artıracaq. Belə olan halda İrlandiya 2 dəfə rəqib qapısına yol tapmalıdı ki dünya çempionatına yollana bilsin. Adalılar bu günədək 3 dəfə dünya çempionatına qatılıb. Danimarka isə rəqibindən 1 dəfə çox mundialda iştirak edib.
DÇ-2018, pley-off oyunları
Avropa zonası, cavab qarşılaşması
14 noyabr
23:45. İrlandiya – Danimarka
İlk oyun – 0:0
Orxan Cəfərzadə
- Baxış: 472