• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 14.11.2017 10:10

GoPro kamerası lavadan salamat çıxdı

Havay adalarının sakini Erik Ştorm özünün GoPro əkşn-kamerası barədə danışıb və deyib ki, onun aparatı vulkanın yamacında lavada üzdükdən sonra salamat qalıb. Lavanın temperaturu isə 700-1200 dərəcə arası dəyişir. Ştorm Kilauea vulkanına ekskursiya təşkil edir və burada təlimatçı kimi işləyir. Təxminən 16 ay öncə o, ekskursiya zamanı GoPro kamerasını yaxınlaşan lavanı çəkmək üçün çatlaq bir yerə qoyur. Daha sonra onunla gələn qrupa başı qarışdığından maye lava kameraya çatıb və onu yandırıb. Erikin sözlərinə görə, o, geoloji çəkicdən istifadə edərək kamerasını daşlaşmış lavadan xilas etməyə çalışıb, elə bilib ki, kamera xarab olub. Amma kamera lavadan azad olduqdan sonra Erik Ştorm onun Wi-Fi indikatorunun işığının işlədiyini sezib. Sahibi yaddaş kartını çıxardıb izlədikdə aydın olub ki, GoPro lavanın nəinki yaxınlaşmasını hətta onun üzərində necə üzməsini qeydə alıb. Bu müddət ərzində aparatı qızğın kütlədən onun çexolu qoruyub.