Bu günə xəbərlərin oxunma sayı: 1484
— 14.11.2017 10:46

Şəmkirdə piyadanı maşın vurdu

KepezTV Player

Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib. Yolun Şəmkir rayonu Düyərli kəndindən keçən hissəsində “VAZ-2106” yolu keçmək istəyən düyərli kənd sakini Ramazan Quliyevi vurub.  Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan piyada Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan Gəncədəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Natiq Hüseyn