• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 13.11.2017 18:36

Qadının üzərindən 61 qramdan artıq narkotik aşkar edildi

KepezTV Player

Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı körpü" nəqliyyat-buraxılış məntəqəsi ərazisində narkotik maddənin əldə olunması, saxlanılması və ölkəyə gətirilməsi ittihamı üzrə 33 yaşlı qadını saxlayıblar. Qadının üzərinə baxış zamanı 23 qram heroin, tərkibində 1,8 qram preqabalin olan 6 kapsul "lirika" narkotiki, həmçinin tərkibində təqribən 0,04 qram metadon duzu olan bir ədəd "metadon" həbi daxil olmaqla 61 qramdan artıq narkotik maddə aşkar edilərək götürülüb.

 

Zülfiyyə Telmanqızı