• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 951
— 13.11.2017 19:29

Üzərində 1 kq-dan artıq narkotik aşkarlandı

KepezTV Player

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Astara rayon sakini əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Qurbanov yaxalanıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib. İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğunu və bitkini Astara rayonundan paytaxta gətirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

 

Zülfiyyə Telmanqızı