• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 13.11.2017 20:08

Azərbaycanlını qətlə yetirdilər

KepezTV Player

Rusiyada azərbaycanlını bıçaqlayaraq öldürüblər. Belə ki, Moskva əyalətinin Naro Fominsk şəhərində "Porsche" markalı qara avtomobil xəstəxanaya gəlib. Sürücü tibb işçilərinə maşında yaralının olduğunu bildirib. Tibb işçiləri xərək dalınca yollananda sürücü yaralı kişini avtomobilin yük yerindən yerə düşürərək ərazidən qaçıb. Həkimlər ilk olaraq yaralının qəza nəticəsində bu hala düşdüyünü güman ediblər. Daha sonra onun bədənində bıçaq yaraları aşkarlanıb. Tibbi müdaxilələrə baxmayaraq, şəxsin həyatını xilas etmək mümkün olmayıb. Onun kimliyi müəyyən edilib. Yaşı 36, familiyası Nərimanovdur. Sürücü isə avtomobili kafenin yanına sürüb, elə orada da qoyaraq qaçıb. Maşının baqajı qan içində olub. Hazırda polis sürücünü axtarır.

 

Zülfiyyə Telmanqızı