Bu günə xəbərlərin oxunma sayı: 1484
— 13.11.2017 21:20

Gəncədə 14 yaşlı oğlan dəm qazından zəhərlənib

KepezTV Player

Gəncə şəhərində dəm qazından zəhərlənmə faktı baş verib. Hadisə şəhərin Sadıllı qəsəbəsi adlanan ərazidə olan yaşayış evlərindən birində olub. Şəhər sakini 14 yaşlı Abbas Bədəlov evin vanna otağında olarkən qəfildən özünu pis edib. Dərhal yaxınları onu xəstəxanaya aparıblar. Tibbi yardım göstərilən Abbas Bədəlovun vəziyyəti normal olduğu üçün ambulator müalicəyə buraxılıb.

Elnur Vahidoğlu