• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 13.11.2017 21:19

Tovuzda avtomobil aşıb, ər və arvad xəsarət alıb

Tovuz rayonunda yol qəzası qeydə alınıb. Hadisə rayonun Əlimərdanlı kəndinə gedən yolda baş verib. Hərəkətdə olan minik avtomobili aşıb. Qəza zamanı 52 yaşlı Şəhadət İsmayılov və onun həyat yoldaşı 45 yaşlı Gülbəniz İsmayılova müxtəlif  bədən xəsarətləri  alıblar. Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.  

 

Elnur Vahidoğlu