Gəncədə ictimai yerlərin yaradılması istiqamətində şəhərin “Gülüstan” yaşayış massivində istifadəyə verilən iki park sakinlərin sevincinə səbəb olub. Görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan və barelyefi olan, ümumi ərazisi 2 hektar olan mədəniyyət və istirahət güşəsində yaradılan yaşıllıq zonaları, quraşdırılan fəvvarələr sakinlərin asudə vaxtını mənalı keçirməyə imkan verir. Eləcədə parkda idmanla məşğul olmaq üçün imkanlar var. Burada quraşdırılan 25 ədəd müxtəlif idman qurğusu və mini futbol meydançası sağlamlıq baxımından əhəmiyyət daşıyır. Mirzə Şəfi Muzeyinin yerləşdiyi parka gələnlər isə görkəmli maarifçi barədə ətraflı məlumat da əldə edə biləcəklər. Burada şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirlərinin süjetli təsvirləri həkk olunub. Fəvvarə, yaşılıq zonalı, gecə iıqlandırma sisteminin yaradılması hər iki parka istirahət üçün üz tutanların ürəyincədir.
- Baxış: 352