KepezTV Player
Qazaxda dəm qazından zəhərlənmə olub. Qazax şəhər sakini 12 yaşlı Nurlana Həsənova dəm qazı zəhərlənməsi əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti normal olduğundan evə buraxılıb. Rayonun Canallı kənd sakini, 51 yaşlı Söylü Məmmədova da eyni səbəbdən xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
Zülfiyyə Telmanqızı
- Baxış: 376