Bu günə xəbərlərin oxunma sayı: 1481
— 13.11.2017 13:02

Kürəkən qayınanasını döydü

KepezTV Player

Bakının Sabunçu rayonunda isə döyülmə hadisəsi olub. Zabrat qəsəbəsində İstilik Kombinatı kimi tanınan ərazidə yaşayan 55 yaşlı Lətifə İsmayılova ailə-məişət münaqişəsi zəminində kürəkəni ilə mübahisə edib. Nəticədə qayınana kürəkən tərəfindən döyülüb. Xəsarət alan qadın yaralı vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

 

Zülfiyyə Telmanqızı