• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2353
— 13.11.2017 12:42

Şəmkirlilər YAP-ın yaradılmasının 25-ci ildönümünü qeyd edib

KepezTV Player

Yeni Azərbaycan Partiyasının ölkədəki 25 illik faəliyyəti sosial-iqtisadi inkişaf, əhalinin maddi-rifah halının yaxşılaşdırılması, Azərbaycanın iri layihələrin əsas iştirakçısına çevrilməsi və beynəlxalq mövqelərinin güclənməsi kimi əlamətdardır. Şəmkirdə iqtidar partiyasının yaranmasından ötən 25 ilin təntənəsinə toplaşanlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu partiyanın rayonda ilk konfransının 1993-cü ildə keçirildiyinə diqqət çəkiblər. O vaxtlar rayon təşkilatı 30 ərazi ilk partiya təşkilatında birləşib. İlbəil öz sıralarını genişləndirən Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatına bu ilin ötən ayları ərzində 382 gənc üzv olub.  Hazırda 11971 Şəmkir sakini Partiya sıralarında təmsil olunur. Onlardan 3827-si gənc, 6890 nəfəri isə qadınlardır. Partiya üzvləri 112 ərazi ilk təşkilatında birləşiblər. Tədbirdə rayonun ictimai həyatında fərqlənən partiya üzvlərinə xatirə hədiyyələri, YAP-a yeni qəbul olunanlara isə üzvlük vəsiqələri verilib.

Natiq Hüseyn