• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2183
— 10.11.2017 14:22

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən Azərbaycan birinciliyi davam edir

KepezTV Player

16 yaşlıların liqasında 9-cu turun oyunları keçirilib. Gəncənin "Kəpəz" klubunun müvafiq yaş qrupu üzrə komandası hesabat turunda evdə meydana çıxıb. İlkin Verdiyevin yetirmələri "Qarabağ"ı qəbul edib. Qonaqlara müqavimət göstərə bilməyən meydan sahibləri turnir cədvəlində qonşu olduqları rəqibə böyük hesabla uduzublar. Görüş "sarı-göylər"in 0:4 hesablı məğlubiyyəti ilə nəticələnib. "Qarabağ"ı özündən irəli buraxan "Kəpəz" "zəhmət güzgüsü"ndə 8-ci pilləyə düşüb. 11 komandanın mübarizə apardığı birinclikdə gəncəlilərin hesabında 10 xal var.

 

Azad Rəfi