Gözündən şikayəti olan Şəmkir sakinləri üçün humanitar aksiya təşkil olunub. Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasında 2 gün ərzində 200-dən çox müayinə aparılıb, 20 cərrahi əməliyyat icra olunub.
Əlövsət Vəliyev – sakin: “Həqiqətən sağ gözümdə görmə qabiliyyətini itirmişəm. İndi böyük ümidlərlə gəlmişəm. Yəqin ki səhiyyə işçilərimiz yaxşı əməliyyat edəcəklər”.
Ümidlə gələrək müayinə və əməliyyat üçün səyyar klinikanın xidmətlərindən istifadə edənlərə hərtərəfli tibbi yardım göstərilib.
Yazgül Abdıyeva - Milli Oftalmologiya Mərkəzinin elmi rəhbəri: “Əsas məqsədimiz 80 faiz korluğun qarşısını almaq və müayinə eləcədə müalicə üsullarını tətbiq etməkdir. Səyyar klinika özünü bir oftanom klinika kimi formalaşdırıb. Kadr potensialımız çox yüksəkdir”.
Həkim müayinəsindən keçən sakinlərin ehtiyac duyulanları əməliyyat masasına uzadılıb.
Tərlan Tağıyeva – sakin: “Bir neçə ildir gözüm görmürdü. Gəldim həkimlər məni yaxşı qəbul etdi. Yaxşı müalicə elədilər. Çox sağolsunlar minnətdaram”.
Səyyar klinika ötən 12 il ərzində respublikanın 87 rayon və şəhərlərində 122 belə aksiya keçirib. 21 min 645 nəfər müayinə və müalicə edilib, 2 min 465 vətəndaş cərrahi əməliyyat olunub.
Sona Əliyeva - millət vəkili: “Göz xəstəliklərindən eləcədə gözdən əlillərimiz çoxdur. Eyni zamanda bilirsiniz ki yaxın zamanlarda 13 noyabrda Beynəlxalq Gözdən əlillər günü qeyd olunacaq. Bütün bu tədbirləri və müraciətləri nəzərə alaraq belə bir qərara gəldik ki Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət edək. Çox sağolsunlar ki mərkəz tərəfindən bizim müraciətimiz müsbət qarşılandı”.
Şəmkirdə bu kimi sağlamlıq aksiyalarının müatəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Natiq Hüseyn
- Baxış: 777