• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2477
— 10.11.2017 10:01

Samsung növbəti dəfə iPhone-u ələ saldı

Samsung şirkəti Galaxy smartfonunu iPhone-la müqayisə edən reklam çarxı paylaşıb. Cəmi 5 günə videoya baxış sayı 12 milyonu, bəyənmə sayı isə 200 mini ötüb. Qısa çarxda əsas qəhrəman Apple məhsullarının pərəstişkarı olan cavan bir oğlandır. O, 2007-ci ildən indiyə qədər bütün “İPhone”ları növbə ilə alır, lakin Samsung Galaxy smartfonları ilə müqayisədə tez-tez çatışmazlıqlarla qarşılaşır. Məsələn, 2010-cu ildə həmin adamın iPhone-nun yaddaşı arzuolunmaz bir vəziyyətdə tükənir. 2013-cü il istehsallı iPhone isə yaddaşa rahat nömrə yazmaq məsələsində Galaxy Note-a uduzur. 2016-cı ildə cavan oğlanın mobil cihazı suya düşür və sıradan çıxır, rəfiqəsinin isə Samsung smartfonu sudan üzüağ çıxır. Videoda Apple-in qulaqcıqlar üçün dəlikdən imtina etməsi də məsxərəyə qoyulub. Sonda qəhrəmanımız iPhone-nun qüsurlarından cana yığılır və Samsung Galaxy Note 8 alır. Bundan əvvəl də Samsung, Apple smartfonlarının ekranında və batareyalarında olan çatışmazlıqları nümayiş elətdirən videoçarx paylaşmışdı.

 

Cavanşir Məmmədzadə