• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 10.11.2017 10:02

4 ayaqlı robotu liftdən istifadə etməyi öyrətdilər

İsveçrənin Sürix şəhərində yerləşən texniki məktəbin araşdırmaçıları dördayaqlı robotlarının yeni bacarığını nümayiş elətdiriblər. Qısa videoçarxda Boston Dynamics robotlarına bənzəyən Anymal adlı robot ön dəmir pəncəsindən istifadə edərək liftin düyməsini basır və kabinəyə daxil olur. Burada robotların qapalı məkana necə uyğunlaşdırılmasını göstərməyə çalışıblar. Amma bununla robot “heyvan”ın bacarıqları yekunlaşmır. Daha əvvəl təqdim olunmuş görüntülərdə Anymalın toz və nəmdən qorunduğu məlum olub. O, hətta qarşısına çıxan maneələri dəf edir, sərbəst şəkildə dok-stansiyanı tərk edir və pilləkənləri qalxır. Mühəndislər bildiriblər ki, onların yeni robotları gələcəkdə axtarış-xilas işlərində iştirak edə bilər.

 

Cavanşir Məmmədzadə