• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 10.11.2017 01:13

Gəncədə bıçaqlanma olub

Şəhər sakini 32 yaşlı Fariz Rəhimov bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının, yaşadığı yerin yaxınlığında, şəhərin Atatürk prospektində bıçaqlandığı deyilir. Onun kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. F. Rəhimov bundan əvvəldə bir dəfə bıçaqlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.