“Müstəqilliyimizin rəmzi olan dövlət bayrağımız qürur mənbəyimizdir. Dövlət rəmzlərinə sevgi və hörmət isə hər bir vətəndaşın borcudur”. Bu fikirlər ADAU-da 9 noyabr - Dövlət bayrağı günü münasibəti ilə keçirilən tədbirdə səsləndirilib. “Bayrağımız qürurumuz, Konstitusiyamız hüququmuzdur” adlı tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarının 1918-ci il iyunun 24-də Gəncədə məhz ADAU-nun əsas binasında verildiyinə diqqət çəkilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətini Bakıda davam etdirməyə başlayandan az sonra, daha dəqiq 9 noyab tarixində isə bayraq haqqında ikinci qərar qəbul edilib. Bundan sonra "mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilib. Hansı ki bu gün də Azərbaycan dövlətçiliyinin rəmzi sayılır.
- Baxış: 571