• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 09.11.2017 14:59

Şəmkirdə “Bayraq günü” təntənə ilə qeyd olunub

KepezTV Player

“Bayraq günü” münasibəti ilə Şəmkirdə təşkil edilən tədbir məktəblilərin dövlət rəmzlərinə aid qələmə aldıqları rəsm əsərləri ilə tanışlıqla başlayıb. Rayonda Bayraq meydanı və Bayraq Muzeyinin yaradıldığına diqqət çəkilərək 98 metr hündürlükdə dalğalanan üçrəngli dövlət rəmzinin ətraf ərazilərdən göründüyü xüsusi vurğulanıb. Bayraq muzeyində isə Azərbaycanda tarixən mövcud olan dövlətlərin, xanlıqların, o cümlədən, İrəvan xanlığının bayrağı, milli hərbi geyim nümunələri nümayiş etdirilir. Bayraq gününün təntənə ilə qeyd olunması milli dəyərlərə dövlət tətəfindən verilən qiymət kimi qiymətləndirilib. Tədbirdə məktəblilərin Bayraq haqqında şerləri səslənib, konsert proqramı təqdim olunub.

Natiq Hüseyn