• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 09.11.2017 14:55

Bayraq günü münasibətilə bir araya gələn gənclər Gəncədə bayraq payladılar

KepezTV Player

Güclü yağış Gəncə gənclərini amalından döndərə bilməyib. Şəhər bulvarına toplaşan könüllülər maraqlı aksiya ilə yadda qalıb. Əvvəlcə əllərində üç rəngli bayraqla bulvar ərazisində yürüş edib, bayrağımıza aid şerlər, mahnılar səsləndirən gənclər şəhərdəki bayraq meydanına gələrək buradan keçən şəhər sakinlərinə bayraq günü haqqında məlumat verib, dövlət rəmzimizi hədiyyə ediblər. Gəncəçay Park Bulvar Kompleksinin ərazisində 110 m hündürlükdə dalğalanan Azərbaycan bayrağı meydanı gənclərin and yeridir.

Rüstəm Bağırov Gəncəçay Park Bulvar Kompleksinin rəisi: Aksiyanı keçirməkdə məqsəd ondan ibarətdir ki, gənclərdə vətənpərvərlik mövzusunu aşılamaq və onları bu gözəl aksiyaya dəvət etməkdi. Bu günkü aksiyada könüllülərmiz iştirak edir. İstərdik ki, növbəti tədbirlərimiz də bütün gənclərimiz bizə qatılsın.

Səbinə Məmmədova aksiya iştirakçısı:Öz bayrağımızı Qarabağın bütün işğalda olan torpaqların da daim dalğalanmaq diləyi ilə hər birimizin bayramını təbrik edirəm.

Könül Həsənova aksiya iştirakçısı:Bu gün Azərbaycan üçün çox xoş, sevincli gündü. Hər zaman bayrağımızla, gerbimizlə, himninimizlə fəxr edirik. Bayraq gününüz mübarək.