• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1914
— 09.11.2017 13:40

Ötən il fermaya basqın edənlər yaxalandı

KepezTV Player

2016-cı ilin 28 dekabr tarixində iki nəfər naməlum şəxs paytaxtın Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinə basqın edərək, oranın sahibi Hafiz Həsənova dəmir parçası ilə xəsarət yetirib, pul tələb edib. Cinayətkarlar zərərçəkənin 1400 manatını və iki ədəd ov tüfəngini götürərək qaçıblar. Hadisədən dərhal sonra Hafiz Həsənov baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisənin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib. Onlar saxlanılaraq istintaqa təqdim olunublar. Silahlarsa maddi sübut kimi götürülüb

Saxlanılan şəxslərin Zaqatala rayonunda oğurluq etdikləri də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxslərin başqa cinayətlərdə iştirakını istisna etmirlər. Onların əməllərindən zərər görən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Suraxanı RPİ-nə müraciət edə bilərlər.