• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 09.11.2017 22:42

Yol qəzaları 10 nəfəri xəstəxanalıq etdi

KepezTV Player

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. İki "Vaz" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. “VAZ 21015”in sürücüsü Cavid Novruzov, sərnişini, 33 yaşlı Vüsal Comərdov, “VAZ 2107”nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Faqil Seyidəliyev Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib. Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.

Salyanın Çuxanlı kəndi ərazisində “Mercedes” markalı avtomobil kanala aşıb. Nəticədə sürücü Lənkəran sakini, 32 yaşlı Seyfəddin Cəfərov, avtomobildə olan sərnişinlər Lənkəran sakinləri, 55 yaşlı Mehriban Xəlilova, 46 yaşlı Elnarə Əlizadə və 49 yaşlı Rahim Nəcibəyov xəsarət alıblar. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdiriliblər.

Samuxda yolu keçən qadını maşın vurub. İnstitut qəsəbə sakini, 49 yaşlı Zərifə Cəfərova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Qadının dediyinə görə, hadisə o, yolu keçən zaman baş verib

Bakının Nəsimi rayonu ərazisində də piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 61 yaşlı Əhiya Hüsenquliyeva 3-cü mikrorayon dairəsində yolu keçmək istəyən zaman onu "Toyota Corolla" markalı minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya aparıb, daha sonra polisə təslim olub. Faktlar araşdırılır.