• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 08.11.2017 14:02

Gəncəli peşəkar boksçu Ramal Amanov növbəti döyüşünü keçirib

KepezTV Player

Adətən Rusiyada döyüşən dəri əlcək ustası yenə şimal ölkəsində rinqə çıxıb. O, Nijniy Novqorodda keçirilən boks gecəsində iştirak edib. Amanov yerli idmançı Vladimir Fleyşqauer qarşılaşıb. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. 33 yaşlı Ramal rinqdə 11 döyüş keçirib və bu görüşlərin hamısında qalib gəlib. O, WBA versiyaları üzrə Fedelatin və İnterneyşnl çempion kəmərlərinin sahibidir. Gəncəli boksçu 2013-cü ildən peşəkarlar arasında vuruşur.

Azad Rəfi