Samux rayonunda ictimaiyyət nümayəndələri dövlət bayrağı günü münasibəti ilə yürüşə qatılıb. Heydər Əliyev mərkəzinin önündən başlanan yürüş bayraq meydanınadək davam edib. Meydanda təşkil olunan bayram tədbirində 3 rəngli, ay-ulduzlu dövlət rəmzinin qürur mənbəyi olduğu, rayonunun girişində, 35 metr hündürlükdə dalğalanan bayrağın ətraf ərazilərdən göründüyü vurğulanıb. Bayrağın şanlı yaranma tarixindən, ona verilən dəyərin təcəssümü olaraq, 9 noyabrın “Bayraq Günü” kimi qeyd olunmasının əhəmiyyətindən danışılıb. Rayonda Bayraq meydanın ətrafında aparılan abadlıq quruculuq işlərinin rayona gələn qonaqlarda da xoş ovqat yaratdığı önə çəkilib. Rayonun mədəniyyət işçilərinin ifasında dövlətçilik və vətənpərvər ruhda musiqilər, maraqlı kompzaisyalar maraqla qarşılanıb.
Natiq Hüseyn
- Baxış: 707