“Sağlam gələcək sağlam ailədən başlayır!” Bu devizlə Kəlbəcər rayon ictimayyəti Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmasınının 25 ilini qeyd edib. Hər il 20 oktyabr – 20 noyabr tarixlərində respublikada uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Uşaq hüquqları aylığı”nın elan edilməsindən danışılıb. Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın əhəmiyyəti, Azərbaycanda “Uşaq hüquqları haqqında" Qanunun qəbul edilməsi bu sahədə əsas hüquqi baza sayılır. Və hüquqi-normativ aktlara əsaslanaraq uşaq hüquqlarının müdafiəsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ailəsi haqqında çəkilən qısametrajlı film nümayiş olunduqdan sonra tədbir iştirakçıları Kəlbəcərli yeniyetmə və gənclərinin uşaq hüquqlarının qorunması eləcə də təbliği ilə bağlı çəkilən rəsmlərlə tanış olublar.
Elnur Vahidoğlu
- Baxış: 472