• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2457
— 08.11.2017 10:02

Çinlilər robotu işə qəbul elədilər

Pekin Xalq Məhkəməsində QIHAN şirkətinin hazırladığı Sanbot King Kong robotu yeni əməkdaş qismində işə başlayıb. Xiaofa adlı robot məhkəmənin tələblərinə uyğunlaşdırılıb və  binada əsas xidmətlərin göstərilməsi ilə məşğuldur. Mütəxəssislərin sözlərinə görə, Xiaofa 7 mindən çox qayda-qanunu yadda saxlamaqla izah edə bilir. Bu da ona məhkəmə prosesi, qaydalar və əvvəlki dinləmələr barədə informasiya əldə etmək istəyən insanlara kömək göstərməyə imkan verir. Boyu 1,5 metr olan robot binada hərəkət etməyə və insanlarla ünsiyyət qurmağa imkan verən kamera və mikrofonlarla təchiz edilib. Robotun, nitqin tanınması da daxil olmaqla, intellektual əsasını IBM Watson və Nuance proqramları təmin edir. Xiaofanın tətbiqindən həm işi asanlaşan məhkəmə əməkdaşları, həm də gözləmə vaxtı azalan insanlar faydalanır. Bu il belə robotların daha bir neçəsinin Çin məhkəməsində istifadəyə verilməsi nəzərdə tutulur.

 

Cavanşir Məmmədzadə