• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 07.11.2017 22:18

Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayanlar saxlanıldılar

KepezTV Player

Qaradağ rayon sakinləri Telman Hüseynov və Nurlan Yaqubov RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. İlkin ifadələri zamanı şəxslər Qaradağ rayonu və ətraf ərazilərdən 4 yük avtomobilinin akkumulyatorunu oğurladıqlarını etiraf ediblər. Araşdırma zamanı onların başqa cinayətlərinin də üstü aşılıb.

Saxlanılan şəxslər oğurladıqları akkumulyatorları metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə etdikləri pulu aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.