• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 07.11.2017 22:17

Avtomobil dərəyə aşdı, 3 nəfər xəsarət alıb

KepezTV Player

Lerik-Orand yolunda Orand kənd sakini, 59 yaşlı İsabala Əzimovun idarə etdiyi UAZ markalı avtomobil dağ yolunda hərəkətdə olarkən təxminən 500 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar sürücü İsabala Əzimov, onun sərnişinləri Ramin Həmidov və qardaşı Müseyib Həmidovdur. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İsabala Əzimov cərrahiyyə əməliyyatı zamanı bir neçə dəqiqəlik kliniki ölüm keçirsə də, komadan çıxıb. Hazırda Müseyib Həmidovun vəziyyəti orta-ağır, İsabala Əzimov və Ramin Həmidovun vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Qəzanın avtomobildəki texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.Faktla bağlı araşdırmalara başlanılıb.