• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 07.11.2017 15:58

Goranboyda 8 min hektar ərazinin suvarılması asanlaşacaq

KepezTV Player

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Goranboyda Şəmkir maşın kanalının tikintisinin 2-ci hissəsi davam etdirilir. Hazırda işlər layihəyə uyğun olaraq 5 min metr məsafədə aparılır. Su sərfiyatı 31 kub mer olan kanalın eni 4, hündürlüyü 3.5 metridir. Mənbəyini Kür çayından və Şəmkir dəryaçasından götürən kanalın üzərində hidrotexniki eləcə də, səviyyə qaldıran qurğular, alt və üst keçidləri və körpülər də inşa olunub. Şəmkir maşın kanalı quru iqlimə malik olan və suvarma suyuna tələbatı böyük olan Goranboy rayonunda minlərlə hektar ərazinin suvarılmasına imkan verəcək. Kanalın ötən il 5-km məsafədə tikintisinə start verilən 1-ci hissəsi prezident İlham Əliyevin qərb bölgəsinə səfəri çərçivəsində istifadəyə verilib.

Rafət Qurbanov Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: Respublika səviyyəsində ən böyük layihələrdən biridir. Kanalın tikintisini icrası tam başa çatdıqdan sonra Goranboy rayonunda 17 min hektardan yuxarı sahələrin suvarılması həyata keçiriləcəkdir. 2331 hektar sahə suvarılan sahələrə qatılacaqdır. Bunulada rayonumuzda əkilən 20 min dənli və paxlalı bitgilərin, 15 min hektara yaxın yek bitgilərini, 10 min hektardan çox texniki bitgilərinsuvarılması tam təmin olunacaqdır.