• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2359
— 07.11.2017 13:58

Oğurluq faktlarının üstünü açıldı

KepezTV Player

Noyabrın 4-də paytaxtın Yasamal rayonu ərazisindəki evlərin birindən 30000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində mobil telefon oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.

Göygöl RPŞ-nin əməkdaşları da oğurluq faktının üstünü açıblar. Belə ki,Noyabrın 6-da saat 9 radələrində Qazax-Bakı sərnişin avtobusunda Göygöl rayon sakini Rabilə Hüseynovanın çantasından 13 manat və 500 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cabbar Məmmədov tutulub.Faktlar araşdırılır.