• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1061
— 06.11.2017 14:19

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncənin Kəpəz klubu Qarabağla görüşüb

KepezTV Player

Oyun çempionatın autsayderi ilə liderin qarşılaşması kimi səciyələnib.

Oyundan öncə milli komandanın baş məşqçi postuna təyin olunan Qurban Qurbanova Kəpəz klubunun kollektivi və Gəncə azarkeşləri adından gül dəstəsi təqdim olunub. Görüşə gəlincə güclü rəqibinə doğma publika önündə müqvimət göstərən qərblilərin önə keçmək üçün şansaları olsa da, bundan yararlana bilməyiblər. Hətta 27-ci dəqiqədə hakim cərimə meydançasında Şehiçin Viktor Oseqeyli yıxdığını zənn edərək rəqib qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Mübahisəli epizodda qonaq komandanın oyunçularının böyük etirazı və Oseqeylin ona kobudluq edilmədiyini etiraf etməsi qərarı dəyişib. Legioner futbolçunun centlemenliyi komandasına baha başa gəlib. Belə ki, ağdamlılar ilk yarının sonlarında ruhdan düşən ev sahiblərini qısa zaman kəsiyində iki dəfə məyus ediblər. Əvvəlcə 41-ci dəqiqədə köhlən atlardan Elvin Yunuszadə standart vəziyyətin davamında başla toru silkələyib. Bu qolun şokundan ayılmamış Kəpəz 2 dəqiqə sonra növbəti topu qapısından çıxarmalı olub. Bu dəfə Markos Madera fərqlənərək hesab arasında fərqi ikiyə yüksəldib. Fasilədən sonra Kəpəz buraxılan qollardan birinin əvəzini çıxmağa yaxın olsa da, Viktor əlverişli vəziyyətdə şansını boşa verib. Təkbətək epizodlarda özünü itirməsi ilə seçilən hücumçu yumşaq mərmini auta göndərməklə azarkeşlərin haqlı narazlığına səbəb yaradıb. Yekun nəticə Kəpəz 0 Qarabağ 2. 

 

Azad Rəfi