• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 06.11.2017 12:15

Gəncədə motosiklet qəzaya uğrayıb, yaralılar var

Bu gün saat 10:30 radələrində Gəncə-İmamzadə avtomobil yolunda qəza qeydə alınıb. Motosikletlə “Opel” markalı minik maşını toqquşub. Nəticədə motosikletdə olan Gəncə sakini, 33 yaşlı Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Qəza zamanı digər bir nəfərin də xəsarət aldığı bildirilir. Hələlik həmin şəxsin kimliyi məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Natiq Hüseyn