• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 06.11.2017 10:01

Volvo yaxtalı modelini paylaşdı

Volvo V90 Cross Country universalının xüsusi versiyası görüntülənib. Adına Ocean Race əlavə edilən avtomobilin sayı 3 min ədədlə məhdudlaşacaq. Onların satılması ilə əldə edilən gəlirin bir hissəsi okeanın plastik tullantılarla çirkləndirilməsinin qarsının alınmasına xərclənəcək. Xüsusi modifikasiyanı fərqli rənginə görə ayırd etmək olar. Məsələn, ağ kuzovda tünd boz və parlaq narıncı rəngli detallar, həmçinin özəl təkər diskləri maşını digərlərindən seçməyə imkan verir. Bu versiya Rusiya ilə yanaşı, daha 30 ölkənin bazarında peyda olacaq. Satılacaq hər maşından 100 avro Volvo Ocean Race adlı elmi proqrama yönləndiriləcək. Bağışlanacaq ümumi məbləğ 300 min avro təşkil edəcək. Elmi proqram çərçivəsində yeni Volvo avtomobilinin avadanlıqları siyahısında xüsusi yaxta da olacaq. Bu yaxtanın sensorları temperatur, atmosfer təzyiqi, axın və küləyin sürəti, eləcə də suyun duzluluğu və nə dərəcədə çirklənməsini müəyyən edəcək. Volvo V90 Cross Country modelinin Ocean Race versiyasının hansı qiymətlə satışa çıxacağı hələlik məlum deyil.

 

Cavanşir Məmmədzadə