• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 06.11.2017 10:03

Süni intellektli robot it təqdim olundu

Sony şirkəti 12 il əvvəl tullanılmış AIBO adlı robot-itini bərpa edib. Tokioda keçirilən təqdimatda göstərilən yeni model daha canlı və plastik alınıb. O, mexaniki birləşmələri olan gövdəyə malikdir. Burada yuvarlaq ağız və iri bucaqlı kameraları olan iki OLED ekran quraşdırılmış ifadəli gözlər var. Alqoritm dərin təlimi, ToF məsafə ölçən, 64 bit 4 nüvəli prosessor, təzyiqə həssas olan həcmli sensorlar, “balıq gözü” tipli obyektivi olan kameralar və 4 mikrofon AIBO-nun səsləri, görüntüləri analiz etmə, öyrənmə, ətraf mühitə reaksiya vermə və sahibi ilə ünsiyyət qurmasına imkan verir. Vaxt ötdükcə hər bir AIBO robotunda özünəməxsus “unikal şəxsiyyət” formalaşır. Yeni robot it hələlik təkcə Yaponiyada satılacaq. Orada AIBO təxminən 1735 dollara 11 yanvardan əlçatan olacaq.

 

Cavanşir Məmmədzadə