• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 06.11.2017 10:02

Elektrokarlar istehsal edəcək yeni şirkət quruldu

İsveçdə yeni avtomobil istehsalçısı - Uniti startapı peyda olub. 7 dekabrdan işə başlayacaq startap Landskrona şəhərində elektrikli maşınları hazırlamaqla məşğul olacaq. Şirkətin qurulması üçün kraudfanqind saytında yarım aya 1,2 milyon avrodan çox maddi vəsait toplanıb. Ümumilikdə Uniti sərmayəçilərinin sayı 1000-dən artıqdır, sifariş edilən avtomobillərin sayı isə artıq 929-a çatıb. İlk model ekoloji cəhətdən təmiz olan materiallardan və karbon lifdən düzəldilən şəhər elektrokarıdır. 450 kiloqramlıq maşın 75 kilovattlıq mühərrik və 300 kilometr məsafə qət etməyə imkan verən bir dəst batareyalarla təchiz olunub. Avtomobil ilk 80 km/saat sürəti 3,5 saniyəyə yığır. Akkumlyatorun 80%-nin enerji yığması üçün 15 dəqiqə vaxt lazımdır. Müştərilərə günəş batareyaları da təklif olunacaq. Uniti elektrokarını almaq 19,9 min avroya başa gələcək.

 

Cavanşir Məmmədzadə