• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 03.11.2017 15:19

Samuxda YAP-ın 25 illiyi təntənə ilə qeyd olunub

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında siyasi qurumun yaranmasının 25 illiyi münasibəti təşkil edilən toplantı iqtidar partiyasının yaradıcısı Heydər Əliyevin büstünü ziyarətlə başlayıb. Rayon üzrə ilk dəfə 3 kənddə 30 nəfər üzvlə 24 il əvvəl fəaliyyətə başlayan təşkilat hazırda 82 ərazi üzrə 5328 nəfəri özündə birləşdirir. Üzvlərin 57,4 faizı qadınlar, 34,2 faizı isə gənclərdir. Bu il Samux rayonunda 300 nəfərə yeni üzvlük vəsiqələri təqdim olunub. Rayonun ictimai həyatında Yeni Azərbaycan Partiyası üzvlərinin fəallığı yüksək qiymətləndirib. Sonda bir qrup partiya üzvünə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Gündüz Bayramov YAP Samux rayon təşkilatının sədri: Bu gün partiyamızın bütün sahələrin təhsil səhiyyə və mədəniyyət sahəsində çalışırlar. Eyni zamanda sosial iqtisadi sahədə təmsil olunurlar. Partiyamızın üzvləri böyük bir qüvvədir. Bütün siyasi tədbirlərdə partiya üzvləri yaxından fəal iştirrak edirlər.

Natiq Hüseyn