Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində olub. Gəncə sakini 25 yaşlı Kənan Ələkbərovun sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücü və sərnişini, 23 yaşlı Nicat Nağıyev dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəzaya ilkin səbəb kimi yüksək sürət göstərilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Xaldan-Mingəçevir avtomobil yolunun 7-ci kilometrliyində, Yevlax rayonunun Hacıselli kəndi yaxınlığında da qəza olub. “VAZ-2106” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106” markalı maşının sürücüsü, Yevlax rayon sakini 52 yaşlı Elçin Rüstəmov və digər avtomobilin sərnişini 42 yaşlı Nizami Əzizov xəsarət alıb. Hər iki faktla bağlı araşdırma aparılır.
- Baxış: 1243