• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 02.11.2017 13:56

Avtomobil oğruları yaxalandı

KepezTV Player

Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobili qaçıran şəxslər saxlanılıb. Məlum olub ki, onlardan biri eyni cinayəti bir müddət də əvvəl də törədibmiş.

Oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığı barədə məlumat verib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar.Rəfael Əzimov bir müddət əvvəl analoji cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilib. Onun əvvəlki cinayətinə hüquqi qiymət verilməsi üçün məhkəmə prosesinin davam etdirildiyi bir zamanda yenidən avtomobil qaçırdığına görə saxlanılıb.  Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.