• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 02.11.2017 13:55

Toqquşan maşınlardan biri yaşayış evinə çırpıldı

KepezTV Player

Salyan şəhər Əlibəy Hüseynzadə küçəsində də yol qəzası qeydə alınıb. Cəbrayıl rayon sakini, 39 yaşlı Atakişi Atakişiyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Mitsubishi” markalı maşınla toqquşub, sonra “Mitsubushi” yolun kənarındakı fərdi yaşayış evinə çırpılıb. Qəza nəticəsində “Vaz-2106”nın sürücüsü və avtomobildə olan Kürdəmir sakini, 31 yaşlı Xəyal Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.