• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 02.11.2017 13:54

23 yaşlı piyadanı maşın vurdu

KepezTV Player

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.Qəza Gəndob-Yalama yolunun Xaçmazın Hülövlü kəndi ərazisindən keçən hissəsində olub. Rasimqulu Əliyev idarə etdiyi “Mercedes”  markalı avtomobillə  Qubanın Zərqova kənd sakini 23 yaşlı Sahib Osmanovu vurub. Hadisə nəticəsində xəsarət alan piyada Xaçmaz MRX-na yerləşdirilib. Ona sol baldır sümüyünün orta 1/3-nin yerini dəyişmiş sınığı və ənsə nahiyyəsinin sol tərəfdən əzilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.