• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 02.11.2017 13:12

Goranboyda subartezian quyularının istismarı bərpa olundu

KepezTV Player

ARB televiziyasının müdaxiləsindən sonra Goranboyda bir neçə kəndin sakinləri aydınlığa çıxıb. Bir neçə gün bundan öncə susuzluqdan əkin sahələrinin məvh olacağından şikayətlənən sakinlər indi sularının verilməsinə sevinir.

Almaz Məmmədova sakin: 2 hektar arpa əkmişik. 1,5 hektar buğda əkmişik. Bir damcı sulamamışıq. Su yoxdur, vermirlər.

2 gün öncə efirə gedən sujetdə susuzluqdan gileynənən Almaz Məmmədova kimi digər sakinlər bu gün başqa ab-havadadır. ARB-nin efirində subartezian quyularının istismarının dayandırılması ilə bağlı sujetdən sonra məsələ müsbət həllini tapıb.  

Almaz Məmmədova sakin: Düzəltdilər hazırda artezianımızdan su gəlir. Bizi ora qoşanlara bütün bura gələnlərə çox sağolun deyirik. Çox çox sağ olsunlar.

Nizami Bağırov sakin: Hazırda bütün artezianlar xəttə bağlanıb. Suvarma davam edir. Bütün kənd sakinləri adından minnətdarlıq edirik bizə köməklik edib artezianları işə salıblar.

Ülfət Verdiyev sakin: Sağolsunlar ki tez bir zamanda bizim bu problemimi aradan qaldırıblar. Bundan sonra yəqin ki rahat əkinimizi apararıq. Çox sağolun sizin şirkətin rəhbərliyinə də öz təşəkkürümüzü bildiririk.

Problem həllini tapdıqdan sonra Goranboyun bütün yaşayış məntəqələri üzrə 800-dən çox subartezian quyusu və digər mövcud mexaniki qurğular bu gün işlək vəziyyətdədir.

Ramiz Süleymanov Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi: Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məsələ öz həllini tapıb. Bu gün noyabrın ayının 2-dir gördüyünüz kimi bütün subartezian quyularının iş rejimi bərpa olunub. Suvarma davam etdirilir. 

Bu il Goranboy rayonu üzrə 9000 hektarda dənli bitkilərin payızlıq səpini aparılıb. 2900 hektar arpa sahəsində artıq ilkin suvarma başa çatıb. Proses hazırda 6100 hektar buğa sahəsində aparılır.

Natiq Hüseyn