• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 01.11.2017 22:54

Yaşlı qadını döyərək, 3880 manat pulunu götürdülər

KepezTV Player

 Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları quldurluq faktının üstünü açıblar. Hadisə oktyabrın 30-u  gecə saatlarında Biləcəri qəsəbəsi M.S.Ordubadi  küçəsi 30 ünvanında Gülnaz Abdullayevaya məxsus mənzildə qeydə alınıb. İki nəfər naməlum şəxs evə pəncərədən daxil olaraq yaşlı qadının əl-ayağını yapışqanlı lentlə bağlayıblar. Daha sonra quldurlar Gülnaz Abdullayevanın sifətinə yumruqla vuraraq köynəyinin cibindəki 3880 manat pulu götürərək oradan uzaqlaşıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Elvir Məmmədov və Heydər Vəliyev saxlanılıblar. Məlum olub ki, sözügedən şəxslər zərərçəkənin həm qonşularıdır, həm də qadının evində usta işləyiblər.

Saxlanılan hər iki şəxs barəsində Binəqədi rayon polis idarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.