• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 01.11.2017 15:32

Bəzi sahibkarlıq sahələrinə yoxlamalar davam edəcək

KepezTV Player

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2021-ci il yanvarın 1-dək  uzadılıb. Lakin bu, bütün sahibkarlıq obyektlərinə şamil olunmur. Dərman vasitələri və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar davam edəcək.

Mərdan Tağıyev ATU-nun Qida mühəndisliyi fakultəsinin dekanı: İnsanların sağlamlığının təmin edilməsində qida məhsulları mühüm rol oynayır. Burada sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. Əməl olunmursa istər-istəməz sonrakı mərhələdə insanların sağlamlığına təhlükə yaradan qida zəhərlənmələri baş verir. Məsələn, toylarda kütləvi qida zəhərlənmələrinin baş verməsini ondan irəli gəlir ki, tələb olunan o rejimlərə əməl olunmur. Ona görə də qida sənayesi sahəsində bu yoxlamaların aparılması çox vacibdir.

Təbii ki, toylardan, kafe və restoranlarda təqdim edilən qidaların, eləcə də fasfut sayılan dönərin hazırlanmasında istifadə edilən məhsulların keyfiyyətli olması insan sağlamlığı baxımından önəm daşıyır. Qanunvericilərdə bunu əsas tutaraq qida məhsullarının təhlükəsizliyinə nəzarətin davam etdirilməsini məqsədə uyğun biliblər. Bu sırada dərman vasitələrinin keyfiyyətli olmasının əhəmiyyəti də diqqətdən kənarda qalmayıb.

Şirxan Vəliyev həkim: Dərmanlardan normal həyatda istifadə etmirik. Xəstə olduğumuz müddətdə və ya həkim təyin etdiyi zaman istifadə edirik. Dərman keyfiyyətsiz olduqda əldə edəcəyimiz nəticə gözlədiyimiz kimi olmur. Biz dərmanlar vasitəsi ilə insanları sağaltmağı planladığımız halda, keyfiyyətsiz dərmanlarla buna nail ola bilmirik.

Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılacaq.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2021-ci ilədək uzadılması isə sahibkarların ürəyincədir.

Zöhrə Məmmədova sahibkar:“Xüsusi, ştatdan kənar yoxlamalar o qədər olur du ki, itib-batırdıq. İndi 2021-ci ilədək bu yoxlamlar dayandırılıb. Bu da bizim xeyrimizədir. Bir çox sahibkarların sayəsində də işsizlik aradan qalxır”.

Solmaz Quliyeva sahibkar qadın: Biri var mesajla deyilə, biri də var üzbə-üz söhbət əsnasında. Biz bildik ki, Audut Təşkilatları ilə birgə işləməliyik, bizim çatışmayan işlərimizə köməklik etməlidirlər. Çatışmazlıqlar aradan qalxandan sonra biz də sakit, rahat öz işimizlə məşğul ola bilərik.

Zemfira Ağayeva Sahibkar Qadınlar İctimai Birliyinin sədri: "Elə detallar var ki, onları müzakirə ilə başa salmaq lazımdır, qarşılıqlı diskussiya olmalıdır. Gördüyünüz kimi, müzakirələr çox ciddi gedir, maraqlı gedir. Bu gün bilirik ki, dövlət sahibkarlığı dəstəkləyir".

Qanuna edilən müvafiq dəyişikliklə bağlı Gəncədən olan 30-a yaxın “biznes lady" Sahibkarlar Konfederasiyası, audit təşkilatları, Vergilər, İqtisadiyyat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndərləri tərəfindən məlumatlandırılıb.